Rusiyada daşınma işlərində pilotsuz aparatlardan istifadə olunacaq




Rusiyada 2025-ci ildən malların pilotsuz uçuş aparatları ilə daşınmasına başlanması planlaşdırılır.

İKT.lent.az-ın "İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyada elektron ticarətin inkişaf strategiyasına dair layihədə bildirilir.

Sənəddə deyilir ki, ölkədə malların internet mağazalardan məqbul qiymətə və 3 sutkaya qədər müddətdə ünvanlara çatdırılmasına imkan verəcək logistika yaradılmalıdır. Logistika problemlərinin həlli üçün dövlət stimullaşdırılması və xüsusi proqramlar tələb olunur.