Rusiyada hərbi poliqonda yanğın baş verib, 576 nəfər təxliyə olunub





Rusiyada hərbi poliqonda yanğın baş verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.
Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.