Rusiyada partlayış törətmək istəyən 4 İŞİD üzvü saxlanılıb




Rusiyanın məxfi xidmət orqanı İŞİD-in üzvü olduqları ehtimal olunan 4 nəfəri saxlayıb.

 Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanından bildirilib. 

Məlumatda qeyd olunur ki, həmin şəxslər Moskvada böyük ticarət mərkəzlərinin birində və ictimai nəqliyyatda partlayış törətmək istəyirmişlər. 

Həmin şəxslərdən biri rus, digər 3 nəfər isə Orta Asiya ölkələrinin vətəndaşları olub. Xəbərdə o da deyilir ki, Rusiyada İŞİD-in üzvlərinə qarşı ciddi tədbirlər görülür. 

Terrorçu təşkilata xidmət göstərənlərin aşkarlanması məsələsi nəzarətə götürülüb. 

Ayyət ƏHMƏD