Rusiyada sirk nümayişi zamanı dişi aslan azyaşlı qıza hücum edib






Rusiyada sirk nümayişi zamanı dişi aslan azyaşlı qıza hücum edib.

Trend-in məlumatına görə, hadisə Krasnodar diyarının Uspenskoye kəndində baş verib. Diyar üzrə istintaq idarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Trifanovanın sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

N.Trifanova deyib: "Müstəntiqlər azyaşlı qıza sirk nümayişi zamanı xəsarət yetirilməsinin səbəblərini araşdırır. Cinayət işi açılıb".

KİV-lərin məlumatına görə, azyaşlı qız üz yaraları və digər xəsarətlərlə yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.