"Rusiyada ÜAK-ın yerinə yaradılan təşkilatdan gözləntilər...
14:31 27.11.2017
Arxiv
708
İlqar Vəlizadə:"Çünki Rusiyada diaspora təşkilatlarının işini qənaətbəxş saymaq olmaz. Onların arasında subyektiv çəkişmələr olması barədə məlumatlar yayılırdı"
"Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılması ümidverici haldır”.
Bu barədə "Sherg.az”a Rusiyada yeni Azərbaycan diasporasının yaradılmasına münasibət bildirərkən politoloq İlqar Vəlizadə bildirib.
O vurğulayıb ki, yalnız həmin təşkilat işə başladıqdan sonra onun fəaliyyətini dəyərləndirə bilərik:
"Təşkilatın qarşısında mühüm vəzifələr durur. Rusiyadakı diaspora təşkilatlarının işinə yeni təkan verilməsini ümid edirik. Çünki həmin ölkədəki diaspora təşkilatlarının işini qənaətbəxş saymaq olmaz. Onların arasında subyektiv çəkişmələr olması barədə məlumatlar yayılırdı. Bu da diasporanın işinin təşkil olunmasında çətinlik yaradır. Həmin təşkilatlar qonşu ölkədə yaşayan həmvətənlərimizin hüquqlarını müdafiə etməkdə aciz olurlar. Bu problemlər aradan qaldırmaq üçün yeni yaradılan təşkilatdan gözləntilər böyükdür.
Bu təşkilat Rusiya rəsmi orqanları ilə konstruktiv münasibətlər qurmalıdır. Nəticədə azərbaycanlıların mövqeyi möhkəmlənir. Erməni diasporalarının Rusiya vilayətlərinin rəsmi orqanları ilə çox sıx əlaqələri var. Bu da onların bölgələrdə işləməsinə kömək olur. Bizim diaspora təşkilatları da əməli işlərlə məşğul olmalıdırlar. Müxtəlif subyektiv məsələlərə zaman ayırmamaq lazımdır. Yeni yaradılan təşkilat əvvəlki diaspora qurumlarının səhvlərini təkrarlamadan konkret addımlar atmalıdır”.
Qeyd edək ki, ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun direktoru Şamil Tağıyev Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş ÜAK-ın yerinə yeni struktur yaradılacağını bildirib. Ş.Tağıyev Rusiyanın regionlarından olan Azərbaycan icmaları rəhbərlərinin Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova məktub ünvanladıqlarını və ona yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif etdiklərini təsdiqləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə