Rusiyadan ət idxal olunsa, ucuzlaşma ola bilər
10:50 25.05.2017
Arxiv
487
İndiki məzənnə dəyişməsə, qiymətlərə müsbət təsiri olacaq
İyunun 1-dən etibarən ölkəmizə Rusiyadan ət, süd və bal istehsalı məhsulları ixrac ediləcək. Bununla bağlı Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi ("Rosselxoznadzor”) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında razılıq əldə olunub və baytarlıq sertifikatı imzalanıb.
Sənədə əsasən, Rusiya Azərbaycana mal, qoyun, keçi, donuz və quş əti, kolbasa, ət konservi, süd və süd məhsulları, təbii bal və digər arıçılıq məhsulları ixrac edəcək.
Maraqlıdır, ölkəmizə Rusiyadan ətin idxal edilməsi qiymətlərdə hansısa dəyişikliyə səbəb olacaqmı?
Rusiya ilə sərbəst ticarət əlaqələrimizin olduğunu deyən Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın İnkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyevin sözlərinə görə, Rusiyadan məhsulların idxal olunması sırf sertifikatların qarşılıqlı tanınma prosesidir.
İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, keçən ilin müvafiq dövrünə nisbətən ölkəmizə ət idxalı nəzərəçarpacaq dərəcədə artıb. Amma bu artım təəssüf ki, qiymətlərdə özünü ciddi şəkildə büruzə vermir, əksinə, ilin əvvəlindən qiymətlərdə bahalaşma güclənib.
İqtisadçının sözlərinə görə, idxal artdıqca, ölkəyə daha çox məhsullar gətirilsə və kənd təsərrüfatı məhsullarının ölkəyə idxalında maneələr azalsa, qiymətlərə müsbət təsir edə bilər:
"Lakin burda bir neçə önəmli məsələlər də var. Qiymətlər rus rublunun dollara və manatın dollara olan nisbətdə məzənnəsindən də asılı olacaq. Hələlik hər iki ölkədə məzənnə stabildir. 55-56 rubl 1 dollar ətrafında sabitləşib, Azərbaycanda da rəsmi məzənnə artıq bir neçə həftədir ki, 1.70 manat -1 dollar ətrafında sabitləşib. Əgər bu məzənnələrdə dəyişiklik olmasa və idxalda artım baş versə, qiymətlərə müsbət təsiri olacaq.
Yox əgər Rusiyada rubl-dollar münasibətlərində dəyişiklik olsa və yaxud da Azərbaycanda manatın dəyərdən düşməsi baş versə, təəssüf ki, bu zaman qiymətlərdə ucuzlaşmanın olacağını söyləmək mümkün deyil. Çünki Rusiyadan, ümumiyyətlə, xaricdən alınan məhsullar əsasən dollarla alınır və məzənnədə dəyişiklik baş verəcəksə, bu, qiymətlərdə öz əksini tapacaq. Amma ən azından bir müddət məzənnənin sabit olacağını düşünürəm”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya