Sabiq polis rəisi: "Rus qoşunları Azərbaycanı tərk etdikdə..." - Qanunsuz silahlar
11:40 21.11.2017
Arxiv
1020
"... Silah-sursatları qanuni şəkildə təhvil vermədilər. Məqsədli şəkildə atıb, getdilər. Həmin silahlar da ayrı-ayrı şəxslərin əlinə silah keçdi"
"Qanunsuz silah satışı ilə məşğul olan çox az insan var. Onları da hüquq-mühafizə orqanları saxlayır”.
Bunu "Sherg.az”a odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslərin zərərsizləşdirilməsindən danışarkən sabiq polis rəisi Mahmud Hacıyev deyib.
O bildirib ki, belə cinayətlər kütləvi xarakter daşımır:
"Azərbaycan uzun müddət müharibə şəraitində olub. Rus qoşunları Azərbaycanı tərk etdikdə silah-sursatları qanuni şəkildə təhvil vermədilər. Məqsədli şəkildə atıb, getdilər. Həmin silahlar da ayrı-ayrı şəxslərin əlinə silah keçdi.
Müharibə dövründən sonra sərhəd bölgəsində yaşayan insanların əksəriyyəti silah əldə etdi. Azərbaycan da Qafqaz əhlidir, silaha meyllilik var. İnsanlar əldə etdiyi sursatı evində saxlamağa çalışır. Yəqin, sonradan maddi ehtiyac olanda satırlar. Silah satan şəxslərin tutulması da bununla əlaqədardır.
Düşünmürəm ki, kimsə xaricdən silah gətirib Azərbaycanda satsın. Həmin şəxslər istəsə elə götürdükləri ölkədə bunu sata bilər. Sərhəddən keçirib, ölkəmizə gətirməyə ehtiyac qalmaz.
Ara-sıra silah satması kütləvilik, yaxud hansısa təhlükə yarada bilməz. Buna böyük rezonans verib, təhlükə mənbəyi hesab etməyin mənası yoxdur”.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, "Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə