Sabirabadda ata xəstə uşağını icra hakimiyyətində ataraq getdi
23:20 12.04.2014
Arxiv
660
Uşağının müalicəsi üçün Sabirabad rayon İcra Hakimiyyətindən istədiyi yardımı ala bilməyən Zəngənə kənd sakini Məlik Babayev övladını birinci müavinin otağında qoyaraq çıxıb gedib.
Bunu Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun özü deyib:
«Aprelin 11-də saat 10 radələri olardı, Zəngənə kənd sakini, kəndin mollası Məlik Babayev yanında 10-11 yaşlı ruhi xəstə uşağı ilə qəbula gəlmişdi. Məndən uşağının müalicəsi üçün pul istədi. Ona bir müddət əvvəl «Kapitalbank» vasitəsilə 200 manat yardım olunduğunu xatırlatdım, o özü də təsdiqlədi. İcra hakimiyyətində adamlara paylanılacaq əlavə vəsait bir dəfə olub, həmin vəsait də paylanıb. İndi belə bir vəsaitimiz yoxdur. Bu adam həm kəndin mollasıdır, bundan başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dedi, uşaqdan imtina edirəm və qəbul otağında qoyub getdi».
Həsən Həsənovun dediyinə görə, bu barədə icra hakimiyyətinin aidiyyəti şöbələrinə və polisə məlumat verilib:
«İcra başçısının humanitar məsələlər üzrə müavini, rayonun baş həkimi və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin müdirinə göstəriş verdik ki, uşağı xəstəxanaya yerləşdirsinlər. Polisə müraciət olundu ki, ata övladından imtina edir. Aydın oldu ki, onun xüsusi müəssisəyə yerləşdirilməsi üçün hər iki valideynin razılığı olmalıdır. Bu məsələdən sonra polis uşağı evlərinə aparıb».
Deyilənlərə hələki Məlik Babayevin fikirlərini öyrənmək mümkün olmayıb.
Azadlıq Radiosu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi