Şagird tələbənin həyatını qurtardı

Antaliyanın məşhur Konyaaltı sahilində dənizə girən Aralıq dənizi Universitetinin tələbəsi 19 yaşlı Can Gürsoy, boğulma təhlükəsi ilə üz-üzə qalıb. 16 yaşlı lisey şagirdi Muhlis Tekin, heç tanımadığı gənci ölümü göz altına alaraq azğın dalğaların arasından çəkib qurtardı.
Çətinliklə sahilə çıxardılan və çoxlu su udan Can Gürsoyun nəfəs almadığı aydın olub. Hadisə yerinə gələn sağlamlıq qrupları 15 dəqiqəlik ürək mesajının ardından gənc universitet tələbəsinin ürəyini işlətməyi bacardı. Muhlis Tekin, ürək masajı zamanı da Can Gürsoyun yanından ayrılmadı.
Nəfəs almağa başlayan Can Gürsoy, qumluqdan polis, sağlamlıq qrupları və liseyli gənclərin qaldırdığı xərəklə təcili yardıma çatdırıldı. Muhlis Tekin təcili yardıma maşınına qədər həyatını qurtardığı Can Gürsoyu tək buraxmadığı müşahidə edildi. Qorxmadan həyatını təhlükəyə atan Muhlis Tekin, "Dənizə girərkən içimdə ürpəndim. Qardaşı qurtararkən dalğa məni ağuşuna aldı. Sonra yenə də davam etdim. Onu çıxartmağı bacardım. Boğula bilərdim, amma ölümdən başqa bir şey yoxdur. Qardaşın həyatını qurtardığım üçün çox xoşbəxtəm” deyib.