Şahbaz Quliyevdən haqqında film çəkilməsinə dair fikirlərə MÜNASİBƏT
13:56 07.04.2021
Arxiv
489
Düşmən girovluğunda olmuş soydaşlarımız haqqında film çəkilə bilər.
Bu barədə sosial şəbəkələrdə bir sıra müzakirələrə rast gəlinir.
Belə ki, düşmən girovluğunda saxlanılan Şahbaz Quliyevin 6 il 7 aylıq əzablı həyatını özündə əks etdirən film çəkilməsi ilə bağlı fikirlərə elə özündən münasibət öyrəndik.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Şahbaz Quliyev bildirib ki, bu fikri ona ətrafında olan insanlar da deyib:
“Yoldaşlar da bu barədə mənə tez-tez fikirlərini bildirirlər. Əsirlik həyatımla bağlı belə bir layihənin hazırlanma ehtimalı varsa, etiraz etmərəm. Sözsüz ki, o günlər mənim yadımdan çıxmır. Amma erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında canlı şahid kimi belə bir layihənin gerçəkləşməsi yaxşı olar.
Televiziya verilişlərinin birində rejissor Rövşən İsaxın Qarabağ mövzusunda film çəkmək istədiyinə dair fikirlərini eşitdim. Bu barədə heç bir danışıq aparılmayıb, amma rejissorla görüşmək imkanım olsaydı, filmi məhz onun çəkməsini istərdim. Ətrafımdakı yoldaşlar film layihəsinin ictimailəşdirilməsini o qədər istəyiblər ki, hətta filmin adını da düşünüblər - “Qarabağ Əsiri”.
Belə bir layihə hazırlanarsa ölkə başçısının vətəndaşına qayğısının mütləq şəkildə qeyd olunmasını istərdim. Bizim həyatdan ümidimizi üzdüyümüz bir zamanda belə ölkə başçımız bizim sağ-salamat ailəmizə, vətənimizə qovuşmağımız üçün əlindən gələni etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə tezliklə şəfa versin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm