"Şahbazla görüntülü danışdıq ,ağrılarından şikayətləndi" - Girovun ailəsi nigarandı
14:49 23.11.2017
Arxiv
984
"Şahbazdan məktub almışıq. Yazıb ki, vəziyyəti yaxşıdır”.
Bu barədə "Sherg.az”a Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.
Onun sözlərinə görə, məktubda qardaşı hər şeyin yaxşı olduğunu qeyd edib:
"Noyabrın 15-də məktub almışıq. Noyabrın 11-nə qədər xəstəxanada qalıb. Xəstəxanadan çıxandan sonra isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ilə görüş olub. Şahbaz məktubda yazıb ki, vəziyyətim yaxşıdır, qohum-əqrəbaya salam deyin, məndən də nigaran olmayın. Başqa heç nə yazmayıb. BQXK əməkdaşları da vəziyyətinin normal olduğunu bildirdi.
Qardaşım xəstə olanda videogörüntülü danışığımız oldu. Xəstəxanada olanda həkim nəzarəti altında olduğunu dedi, ağrılarından şikayətləndi. BQXK-nın öz həkimi də Şahbaza xəstəxanada olanda baş çəkib. Sonuncu analizi noyabrın 10-da keçirildi, cavabı da müsbət çıxıb.
Görüntülü danışanda qardaşımı nisbətən yaxşı gördüm. Məhkəmədə çox zəifləmişdi, pis görünürdü. Amma şükür ki, xəstəxanadan sonra bir az düzəlmişdi”.
Növbəti görüş barədə məlumatlara gəlincə İ.Quliyeva söyləyib ki, BQXK bununla bağlı heç bir məlumat verməyib:
"Girovlarımızın qaytarılması ilə bağlı da komitə heç bir məlumat demir. İş ancaq dövlətimizin səylərinə qalıb. Ümid edirik ki, girovların azad edilməsi üçün addım atılar.
Biz özümüz indiyə qədər əlavə heç bir quruma müraciət etməmişik. Onsuz da dövlətimiz bu məsələ ilə məşğuldur. Amma Dilqəm Əsgərovun oğlu Kürdoğlu xarici ölkələrdə çıxış etdi, təbliğat apardı. Sağolsun. Onların da səyi ilə girovlarımızın azad edilməsinə ümid edirik”.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya