
"Sahibkarlar sürücülərə başa salmalıdır ki..."
08:22 20.09.2017
Arxiv
664
Fərhad Eyyubov: "...Aqressiv sərnişinləri qıcıqlandırmasınlar”
"Sərnişin daşımalarında sürücülərlə bərabər sərnişinlərin də vəzifələri və öhdəlikləri var”.
Bunu "Sherg.az”a Bakıda avtobus sürücüsünün sərnişin tərəfindən döyülməsinə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, sürücülər xüsusi komissiya vasitəsilə götürülməli, səbri sağlamlığı, problemli məsələlərə yanaşması, ünsiyyətdə mülayim, dözümlü sürücülər seçilməlidir:
"Ancaq sürücülərin əksəriyyəti belə məsələlərdə dözümlü deyil. Bundan başqa, sürücülər müxtəlif marşrutlarda işlədiyindən onların tabeçiliyində olduğu sahibkarlar da mədəni yanaşmır. Yəni, sürücüyə baxırlar ki, planı doldurmalıdırlar, maddi cəhətdən təmin olunmalıdırlar.
Vaxtilə avtobuslarda "konduktor” və xüsusi nəzarət sistemi olurdu. Nəqliyyat Nazirliyinin özünün nəzarətçilər qrupu olurdu. Həmin qrup talon sistemi ilə, yaxud bilet alan sərnişinləri yoxlayırdılar. Hazırda isə bu məsuliyyət sərnişin və sürücülərin öhdəsinə qalır.
Sərnişinlər özlərini düzgün aparsalar, öhdəliklərini yerinə yetirsələr aqressiv hərəkətlər azalar. Sərnişinlərin içərisində müxtəlif əhval-ruhiyyədə, xarakterdə insanlar var. Onlar özlərindən asılı olmadan nəqliyyat vasitələrini istifadə edirlər. Müxtəlif səbəblərdən problem yarandıqda, insanlar ona uyğun aqressiya nümayiş etdirə bilir. Sürücünü döyən sərnişindən məsələn, soruşsaq, ola bilər, həmin anda elə psixoloji vəziyyətdə olub ki, aqressiv davranmağa məcbur olub”.
F.Eyyubov vurğulayıb ki, istənilən halda Bakı Nəqliyyat Agentliyi və sahibkarlar ictimai nəqliyyata ciddi nəzarət etməlidir:

"Elə marşrutlar var ki, onlarda həmişə hadisə olub. Həmin marşrutların müəyyən qrup sərnişinləri var, aqressiv davranırlar, sürücülər həmişə sərnişinlərdən narazılıq edir.
Amma elə avtobuslar da var ki, həm marşrutun texniki səviyyəsi yüksəkdir. sərnişinlər və sürücülər mədənidir. Ya sürücüdən, ya sərnişindən narazılıq əmələ gələndə qarşıdakı ona reaksiya verir, problem yaranır. Bütün bunlar cəmiyyətdə aqressiyanın artmasına, hadisələrin gərginləşməsinə səbəb olur.
Nə qədər belə hadisələr çox baş versə də, sürücülər güzəştə getməlidir. Bunu etmədikdə belə hallar əmələ gəlir. Sahibkarlar sürücülərə başa salmalıdır ki, aqressiv sərnişinləri qıcıqlandırmasınlar”.
Qeyd edək ki, hadisə sentyabrın 18-də axşam saatlarına metronun "Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol