"İstənilən halda bu cür layihələrin uşaqlardan başlanmasının özü də təqdirəlayiqdir. Əgər bu proses şəffaf şəkildə həyata keçirilsə, müsbət nəticələr gözləmək olar"
Sanatoriya və bərpa müalicəsi mütləqdir
"Uşaqlara vaxtında yardım göstərməklə onların səhhətində olan problemlərin qarşısını ala bilərik"
"İstənilən halda bu cür layihələrin uşaqlardan başlanmasının özü də təqdirəlayiqdir. Əgər bu proses şəffaf şəkildə həyata keçirilsə, müsbət nəticələr gözləmək olar"
"İstənilən halda bu cür layihələrin uşaqlardan başlanmasının özü də təqdirəlayiqdir. Əgər bu proses şəffaf şəkildə həyata keçirilsə, müsbət nəticələr gözləmək olar"
Azərbaycanda dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinə göndərilməsi mexanizmlərinə dair normativ sənədlər hazırlanacaq.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir Oqtay Şirəliyevin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrə əsasən, 2018-2019-cu illər ərzində dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili məqsədilə nazirliklərarası işçi qrupun yaradılması və həmin uşaqların bu tip müalicəyə göndərilməsi mexanizmlərinə dair normativ sənədlərin hazırlanması və razılaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili üzrə beynəlxalq təcrübəyə əsaslanaraq metodik tövsiyələr işlənib hazırlanacaq. Sanatoriya və bərpa müalicəsinə göndərilmiş belə uşaqların vahid registrdə uçotu və qeydiyatı aparılacaq.
Sosial xidmət müəssisələrinə yerləşdirilmiş çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların müalicəsinin təşkili məqsədilə həmin uşaqlar ərazi üzrə tibb müəssisələri tərəfindən vahid registrdə qeydiyyata alınacaq və onların müalicəsi təmin ediləcək.
Mövzu ilə bağlı Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı "Şərq"ə açıqlamasında bildirib ki, hələ sovet dövründə də əhali poliklinikalarda mütəmadi olaraq dispanserizasiya qeydiyyatından keçirdi və onların şəxsi kitabçalarında növbəti gəliş vaxtının zamanı yazılırdı:
"Burada söhbət sadəcə xəstəliklərdən yox, eyni zamanda xəstəliklərin profilaktik tədbirlərindən gedir. Məsələn, yüksək təzyiqi olan insanlar iki dəfə dispanserizasiya qeydiyyatından keçirdi. Endokrinoloji problemi olan xəstələr (şəkər, qalxanvari vəz xəstəlikləri və digər) mütəmadi olaraq hər ay şəkərin yoxlanması, dərmanların yazılması və dövlət tərəfindən dərmanlarla təmin olunurdu. Əslində bu, hər zaman belə olub. Sadəcə olaraq sovetlər birliyindən sonra bu stereotiplər bir az dağıldı. Özəl sektorların çoxalması ilə bu sahədə bir konkretlik olmadı. Çünki insanlar daha şəraitli klinikalara müraciət etməklə öz problemlərini həll etməyə çalışırlar. Düşünürəm ki, xəstə və xəstələnmə riski olan uşaqlar üçün profilaktik, gələcək xəstəliklərinin klinik simptomlarının yüngül keçməsi və xəstəliklə rahat mübarizə aparması baxımından çox vacib bir qərardır. Uşaqlara vaxtında yardım göstərməklə onların səhhətində olan problemlərin qarşısını ala bilərik. Nəzərə almaq lazımdır ki, uşaqlar cəmiyyətin gələcəyidir və sağlam cəmiyyət də sağlam insanlardan ibarətdir. Biz səhhətində problem olan uşaqlarla ölkənin gələcəyini tam qaranta ala bilmərik. Bu baxımdan hesab edirəm ki, sanatoriya və bərpa müalicəsinə göndərilməklə uşaqların həm xəstəliklərinin qarşısının alınmasında, eyni zamanda artıq xəstəlik yarandıqdan sonra da digər orqanlara fəsad vermədən müalicənin tam olaraq yerinə yetirilməsində çox böyük əhəmiyyəti olacaq".
Tibb elmləri doktoru, professor Adil Qeybulla da sovetlər dövründə dispanserizasiyanın profilaktik istiqamətlərdən biri olduğunu deyib: "Dispanserizasiyada məqsəd əhali arasında xəstəliklərin erkən aşkar olunması və onların statistikasını, dinamikasını izləməkdir. Sovet dövründə dispanserizasiya sistemi vardı, ən azı insanlar ildə bir dəfə müayinədən keçirdi, genetik xəstəliklərin erkən formaları müəyyən olunurdu, ayrı-ayrı poliklinikalarda müayinələr aparır və bəzi xəstəliklərin erkən vəziyyətin müəyyənləşməsi imkanı yaranırdı”.
Onun sözlərinə görə, erkən xəstəliklərin aşkar olunması, uşaq vaxtlarından anomaliyaların müəyyən edilməsi baxımından xəstə və xəstələnmə riski olan uşaqların müalicəsinin təşkili məqsədilə həmin uşaqların ərazi üzrə tibb müəssisələri tərəfindən vahid registrdə qeydiyyata alınması və onların müalicəsinin təmin edilməsi çox əhəmiyyətlidir: "Fikrimcə, dispanserizasiya sadəcə uşaqlarda deyil, böyüklər arasında da keçirilməlidir.
Bu gün müayinələr yalnız xəstəxanalarda əməliyyata və digər manipulyasiyalara gedən xəstələr üçün aparılır. Əhalinin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı işlər çox zəifdir. Yaxşı olardı bu istiqamətdə əhali məlumatlandırılsın, profilaktika tədbirləri görülsün. Bəlkə bu zaman virus hepatitləri, SPİD, talassemiya və vərəm və s. xəstəliklərin erkən aşkarlanması mümkün olardı”.
Azərbaycanda genetik xəstələrin dispanserizasiya ilə bağlı ümumi müayinəyə ehtiyacı olduğunu qeyd edən professora görə, istənilən halda bu cür layihələrin uşaqlardan başlanmasının özü də təqdirəlayiqdir. Əgər bu proses şəffaf şəkildə həyata keçirilsə, müsbət nəticələr gözləmək olar.
İlahə
Şəymən