Ukrayna Futbol Assosiasiyasının prezidenti, keçmiş peşəkar futbolçu Andrey Şevçenko Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın toyunda iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Şevçenkonun Simonyanın toyunda iştirakı erməni ictimaiyyətinin diqqətini çəkib və müzakirələrə səbəb olub.
Xatırladaq ki, Simonyan dostunun model qızı, 26 yaşlı Anela Qubryanla ailə qurub. Onların toyu 5 sentyabrda baş tutub.