Ukrayna çıxılmaz vəziyyətdədir - Saks

Ukrayna hazırda cəbhədəki uğursuzluq səbəbindən kifayət qədər çıxılmaz vəziyyətdədir.

Axar.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.

O bildirib ki, Kiyev hava hücumundan müdafiə vasitələrində çatışmazlıq yaşayır, qarşıdan gələn qış isə ölkə üçün son dərəcə sərt keçə bilər:

"Rusiya döyüş meydanında böyük üstünlüyə malikdir. Ukrayna beynəlxalq ticarətdən böyük ölçüdə təcrid olunub, xüsusilə də bu, Qara dənizə aiddir. Beləliklə, vəziyyət olduqca çıxılmazdır".