"Sarkisyan hakimiyyəti əlindən buraxan deyil" - ŞƏRH






"Ermənistanda baş tutan konstitusiya dəyişikliklərindən sonra prezident seçkiləri gözlənilən idi”.

Bunu "Sherg.az”a hakim partiyanın namizədi Armen Sarkisyanın Ermənistanın növbəti prezidenti seçilməsindən danışarkən politoloq Elxan Şahinoğlu söyləyib. 

O vurğulayıb ki, dəyişikliklərdən sonra səlahiyyət sahibi baş nazir olacaq:

"Baş nazirin kimliyi isə bəllidir. Serj Sarkisyan hakimiyyəti əlindən buraxan deyil. Prezidentlikdən getsə belə, baş nazir kimi statusunu qoruyacaq. Parlamentdəki çoxluğa rəğmən, saxtakarlıq yolu ilə olsa belə, posta sahiblənəcək. Ona görə, Ermənistan siyasi həyatında ciddi dəyişiklik olacağını düşünmürəm”.

Qeyd edək ki, parlamentin deputatları Armen Sarkisyanı 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçiblər.

Aysel Aslan