Savab işdir...
21:32 26.02.2016
Arxiv
776
Şüvəlanda açılan mağaza yaxşı ənənədir
Şüvəlan qəsəbəsinin "Nizami” küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” adı altında mağaza fəaliyyətə başlayıb. Kampaniyanın məqsədi imkanlı şəxslərin sözügedən mağazaya təqdim etdiyi "ikinci əl” geyim ləvazimatlarını əhalinin kasıb təbəqəsinə pulsuz paylamaqdan ibarətdir.
Şübhəsiz ki, sözügedən kampaniya başlanandan mağazaya müxtəlif növdə paltarlar qoyulub və oraya dərhal yoxsul vətəndaşların axını başlayıb, qoyulan paltarların hamısı istifadə olunub. Maraqlıdır, kasıbların paltara olan tələbatının pulsuz qarşılandığı bu kimi mağazalardan Bakının digər rayonlarında, əyalətlərdə də açılmasına ehtiyac varmı? Bu ənənənin, bu tendensiyanın yayılması nə dərəcədə məqsədəuyğundur?
Məsələ ilə bağlı "Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu addımı dəstəkləyib: "Belə təşəbbüslərin regionlarda da gerçəkləşməsinə çox ehtiyac duyulur. Bu, çoxdan həyata keçirilməli idi. Çox insanın evində geyinmədiyi paltarlar var. O paltarları yuyub, ütüləyib aparıb həmin mağazadan asmaq təqdirəlayiq, əməlisaleh bir iş olardı. Çox mühüm məsələdir. 2001-ci ilin 31 dekabr tarixində bir qazan aş hazırlatdırıb "Jiquli”nin arxasına qoydum, qızımı da özümlə götürdüm və o aşı işıqforda dayanan uşaqlara payladıq. Qalanlarını isə uşaq evindəki uşaqlara apardıq. Bu, balaca bir vətəndaş istəyi idi. Şüvəlanda açılan mağaza da yaxşı bir ənənədir və bu ənənə geniş yayılmalıdır. Hesab edirəm ki, məlum təşəbbüs pulsuz paltarların verilməsi ənənəsinin başlanğıcını qoydu”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə