"Saxlanılan 100 sürücüdən 90-ı “tələsirdim” ifadəsini işlədir" - Elməddin Muradlı
14:32 17.11.2017
Arxiv
709
"Əksər yol nəqliyyat hadisələri yol polisinin olmadığı yerlərdə, xüsusilə gecələr baş verir"
"Azərbaycanda sürücülər çox səbrsizdir və qayda pozmağa meyllidir”.
Bunu "Sherg.az”a bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunmasının səbəblərini izah edərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, sürücülər ətrafda yol polisini, kameraları görmədikdə qayda pozmağa meyl edirlər:
"Hadisə baş verəndə isə "görmədim”, "tələsirdim”, "bilmədim” şəklində bəhanələr səsləndirirlər. Qayda pozuntusuna görə saxlanılan 100 sürücüdən 90-ı "tələsirdim” ifadəsini işlədir. Tələsməyin sonunun nə ola biləcəyini sürücülər anlasa, yol nəqliyyatı hadisələri, qayda pozuntuları da azalar. Sadəcə mahiyyətini dərk etmirlər.
Sürücüləri bu addımlardan yayındırmaq üçün qəzaların necə baş verdiyini izah etməli, bu mövzuda sosial çarxlar hazırlamalıyıq. Məsələdə lokomativ rolunu isə Dövlət Yol polisi oynamalıdır. Polisdə yol ayırıcılarında qəzaların necə baş verməsini əks etdirən minlərlə kadr var. Onları seçib, hissə-hissə sürücülərə nümayiş etdirmək olar. Bunun müəyyən təsiri olar.
Əksər yol nəqliyyat hadisələri yol polisinin olmadığı yerlərdə, xüsusilə gecələr baş verir. Gecə piyadaların görülməsi də çətinləşir. Son vaxtlar işıqforun qırmızı işığında keçən sürücülərin sayı azalıb. Əvvəl buna "bərkgedən” hərəkət kimi baxırdılar. İndi isə bu qınaq obyektinə çevrilib. Bu yaxşı haldır.
Yalnız o halda sürücünün qayda pozmasına göz yummaq olar ki, maşında xəstə, yaxud ağır vəziyyətdə olan, xəstəxanaya çatdırılmalı adam var. Yaxud dövlət əhəmiyyətli mühüm iş üçün həmin şəxs hərəkət edir”.
Qayda pozuntularının əksəriyyətinin sürücülərin yeni qaydalara laqeydliyi ilə əlaqələndirən ekspertin sözlərinə görə, sürücülər mətbuatı, televiziyaları izləməli, yeni tətbiq edilən dəyişiklikləri bilməlidir:
"Pərdələrin istifadə icazəsinin yekunlaşması, maşınların vaxtlı-vaxtında texniki baxışdan keçirilməsi və s. barədə məlumatlı olmamaq sürücülərin cərimələnməsinə gətirib, çıxarır. Ona görə, yol hərəkəti qaydaları ilə bağlı problemlərlə qarşılaşmamaq üçün mətbuatı, sosial şəbəkələri və ya televiziyaları daim izləmək vacibdir”.
Qeyd edək ki, bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə