"Saxta yolla əlillik dərəcəsi alanlara vəsait ödənilməyəcək" - Deputat
15:09 13.07.2018
Arxiv
2071
"Əlilliyin saxta olduğunu sübut etmək, bu formada əlillik alan şəxslərdən ödənilən vəsaitləri geri almaq o qədər asan proses deyil”.
Bunu "Sherg.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə görülən tədbirləri qiymətləndirərkən iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib.
Onun fikrincə, nazirlik atdığı addımlarla indiyə qədər saxta əlillik üçün verilən müavinətləri qaytara bilməyəcək:
"ƏƏSMN tərəfindən yaradılan xüsusi komissiya bu məsələnin üzərində çalışır. Saxta yolla əlillik dərəcəsi alan şəxslərə bundan sonra vəsait ödənilməyəcək. Amma nəzərdə tutulduğu kimi saxta əlillərə indiyə qədər ödənilən vəsaitləri geri qaytarmaq çətindir. Bunun üçün həmin əlillik statusunu verən, təqaüd ayıran şəxsləri cəzalandırmaq lazımdır. Çünki qeyri-qanuni əməl birbaşa həmin məsələdə səlahiyyətli olan şəxsin üzərindədir. Üstəlik, bu məsələni sübut etmək çətindir. Saxta əlliliyin sübut edilməsi, vəsaitlərin geri istənilməsi məhkəmə mövzusu ola bilər, gələcəkdə problemlər yaradar”.
Risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatlarının alınmasına da toxunan Vahid Əhmədov diqqətə çatdırıb ki, bu xəstəliklərə şəkər, əsəb sistemi, qan-damar sistemi, ürək problemləri ilə əlaqədar xəstəliklər və s. nəzərdə tutulur.
Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat