“Seçicilərin seçkiyə münasibəti xeyli dəyişib”

Natiq Məmmədov: “Kütləvi İnformasiya Vasitələri bizə bu işdə yaxından köməklik göstərirlər”



Mərkəzi Seçki Komissiyası növbəti iclasını keçirib. İclasda MSK sədrinin müavini Natiq Məmmədov, katibliyin müdiri Rövzət Qasımov və qurumun digər rəsmiləri iştirak ediblər.

Tədbirdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səslərin sayılmasına hazırlıq, seçki bülletenlerinin təsnifatı və yekun protokolun doldurulmasına dair müzakirələr aparılıb. Toplantıda Milli Məclisə seçkilərlə əlaqədar 2 mərhələli treninq layihəsi hazırlanıb. Start verilən birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulub. MSK sədrinin müavini Natiq Məmmədli deyib ki, bu kimi görüşlər artıq ənənə halını alıb: "Sizlərin seçki prosesində rolu və əhəmiyyəti önəm kəsb edir. Əsas hədəfimiz işimizin mümkün qədər mükəmməl qurulmasıdır. Bu tədbirlərin içərisində maarifləndirmə tədbirləri xüsusi yer tutur. Yaddaşların təzələnməsi əsas hədəf kimi götürülməlidir. Kütləvi İnformasiya Vasitələri bizə bu işdə yaxından köməklik göstərirlər. Məhz bunun nəticəsidir ki, seçicilərimizin seçkiyə münasibəti xeyli dəyişib”.

Xatırladaq ki, aşağı seçki komissiya üzvlərinin treninqinə oktyabrın 12-dən başlanılacaq. MSK treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb. Kiçik qruplar şəklində hər treninq sessiyasında 36 komissiya üzvü iştirak edəcək.

Maarifləndirmə tədbirlərinə ümumilikdə 30 mindən artıq aşağı seçki komissiyası üzvlərinin qatılması nəzərdə tutulur.

İsmayıl