Şəhid atası: "11 min manat bizim ailə üçün üçün yalnız maddi deyil, həm də mənəvi köməklikdir"



"Prezidentimizin imzaladığı sərəncam bütün şəhid ailələrinin sevincinə səbəb oldu”. Bu sözləri "Sherg.az”a açıqlamasında 1993-cü ildə Ağdam rayonunun Ergi kəndində şəhid olan Quliyev Telman Sovet oğlunun atası Quliyev Sovet Kamil oğlu deyib.

Şəhid vərəsəsi bildirib ki, prezidentin sərəncamı şəhid ailələri üçün yalnız maddi deyil həm də mənəvi köməklikdir:

"Prezident İlham Əliyevə şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdaram. Allah onu xalqımızın üstündən əksik etməsin. Artıq ayrılan vəsaiti almışıq. Dövlətimiz vətən uğrunda canından keçən oğullarımızı unutmur. Bütün bunlar prezidentin şəhidlərimizə həssas yanaşdığını göstərir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bir neçə şəhidin vərəsəsinə bu ödəmələr edilib.

Yeganə Bayramova