
Şəhid zabitimizin oğlu doğuldu — Babasından anlamlı sözlər (FOTO)
19:20 26.09.2017
Arxiv
967
Bu ilin fevralında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının xanımı ötən gün oğlan övladı dünyaya gətirib.
Şəhidin atası Əbdül Haşımlı Modern.az saytına deyib ki, uşağın da, ananın da səhhəti normaldır:
"Ötən gün nəvəm dünyaya gəlib. Hələ ki, adını qoymamışıq. Amma hamı Tural olmağını istəyir. Adını rəsmi şəkildə Tural qoymaq üçün gərək qohumlar bir araya gəlsin və məsləhət versinlər.
Uşağın da, anasının da səhhəti normaldır. İşə baxın ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib. Tural şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. Amma üstündən az keşməmiş şəhid olduğu barədə xəbəri gəldi bizə.
Mən oğlumun ata olacağı xəbəri ilə şəhid olduğu xəbərini eyni vaxtda almışdım. İndi balaca Tural bizə böyük təsəllidr. O, oğlumuzun yolunu mütləq davam etdirəcək. Tural nəvəm dünyaya gəlişi ilə məni çox sevindirdi. Elə bilirəm, oğlum Turaldı, hələ yeni doğulub. Onu böyütmək, məktəbə yollamaq, ali məktəbə göndərmək, toyunu görmək kimi arzularım var. Oğlum Turalın ətrini, qoxusunu nəvəm Turaldan alacam. Nəvəm gəlişilə məni diriltdi, əyilmiş qəddimi düzəltdi. Əminəm ki, o da atası kimi və vətəninə layiqli övlad olacaq”.
Əbdül Haşımlı ailələrinə edilən diqqətdən də söz açıb.
"Bizim ailə ilə çox insanlar əlaqə saxlayır. Amma ən çox zəng edib maraqlanan dövlət işçilərindən Xocavəndin icra başçısı Eyvaz Hüseynovdur. Demək olar ki, hər həftə mənə zəng edir. Hərtərəfli yardım edir. Hətta Xocavəndə gedəndə məni heç yerə buraxmır, öz evində qonaq edir. Nəvəm dünyaya gələndə də ilk təbrik edənlərdən olub. Ordubad ın icra başçısı Elşad Məmmədov, şəhər sovetinin rəhbəri Əli Qəmbərov, Ordubad sakini Cəmaləddin Əhmədov da bizə çox kömək edib. Hətta Naxçıvan Ali Məclisinin tapşırığına əsasən Naxçıvan televiziyası Tural haqqında film də hazırlayıb”.
Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya