Şəhidin qardaşı danışdı: "Dövlətimiz bizi heç zaman çətin vəziyyətdə qoymayıb"





"Allah Prezidentimizin canını sağ eləsin. Şəhid ailəsi olaraq dövlət başçısı cənab İlham Əliyevə çox minnətdarıq”.

Bunu "Sherg.az”a açıqlamasında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Salahov Araz Oruc oğlunun qardaşı Salahov Ramin Oruc oğlu deyib.

Şəhidin qardaşı deyib ki, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğı çox yüksəkdir: 

"Bir şəhid qardaşı olaraq hər şeyə görə Prezidentə təşəkkür edirəm. O cümlədən Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban Əliyevaya da öz minnətdarlığımı bildirirəm. Ölkə rəhbərliyinin qayğısını üzərimizdə hər zaman hiss etmişik. Heç vaxt bizi naümid, çətin vəziyyətdə qoymayıblar. Allah dövlətimizi və Prezidentimizi qorusun”.

Qeyd edək ki, Prezidentin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb.

İsmayıl