Səhvlər, nöqsanlar azalmır
10:09 17.10.2018
Arxiv
689
Aşağı sinif dərsliyində Qarabağla bağlı sualın olması düzgün deyil
Yeganə Bayramova
Millət vəkili Aqil Abbas "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı orta məktəb dərslikləri ilə bağlı iradlarını bildirib.
Deputat dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib: "İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, "Qarabağın qayıdacağına inanırsınızmı?”. Uşaq "yox” cavabı verib, atası da onu vurub.
Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televiziyalardan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. VII sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur? Çünki burada belə şey yoxdur”.
İbtidai sinif dərsliklərində müəyyən nöqsanların olduğunu təsdiqləyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, aşağı sinif dərsliyində Qarabağla bağlı sualın olması düzgün deyil. Ekspertin sözlərinə görə, orta məktəblər siyasətdən uzaqdır və yalnız yuxarı sinif şagirdlərinə Qarabağla əlaqədar hansısa materiallar təqdim oluna bilər:
"Ümumiyyətlə, bütün dərsliklər inşa materialıdır. Elə inşa materialı yoxdur ki, orda nöqsanlar olmasın. Lakin şagirdlərə yaşına uyğun olmayan mövzulardan dərslərin keçirilməsi düzgün deyil. Düşünürəm ki, istedadı olmayan müəlliflər dərsliklərdə müəyyən nöqsanlara yol verirlər”.
Ekspert bildirib ki, ümumiyyətlə, Azərbaycanda klassik dərslik məktəbi hələ formalaşmayıb, bununla bağlı müəyyən proseslər gedir:
"Dərsliklərdə nöqsanların olması ilə bağlı dəfələrlə iradlarımızı bildirmişik. Amma əvvəlki nöqsanlar nisbətən azalıb. Dərd ondadır ki, keçmiş nöqsanlar aradan çıxdıqca, yeni nöqsanlar meydana gəlir. Hazırda orta məktəb dərsliyində olan səhvlər olduqca kobuddur. Maraqlısı budur ki, dərsliklərin yazılması üçün ekspertlər imza atıblar. Belə çıxır ki, ekspertlər ya gözləri "yumulu”şəkildə, ya da kiminsə xatiri üçün imza atıblar. İstər dərsliklər, istərsə də Dövlət İmtahan Mərkəzinin (DİM) sınaq və qəbul imtahanı ilə bağlı tərtib etdiyi suallara nəzarət üçün opponent qurum yaradılmalıdır. Bu qurum müstəqil şəkildə, heç kimdən asılı olmadan fəaliyyət göstərməlidir. Əgər qurum müstəqil olaraq dərsliklər və DİM-in məhsulları üzərində nəzarətə malik olsa, bu cür xoşagəlməz hallarla qarşılaşmarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya