Şəkərli diabet və insult xəstəlikləri cavanlaşır- DİQQƏT




İnsanların sağlamlığına laqeyd yanaşması, qidalanma və stress problemi insult kimi xəstəliklərin cavanlaşmasına gətirib çıxarır. 

Bunu Sherg.az-a insult xəstəliyinin yaşının cavanlaşmasının səbəblərini şərh edərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof, dietoloq Şəmsiyyə Namazlı deyib. 

Onun sözlərinə görə, qan dövranı ilə bağlı olan xəstəliklər, ürək-damar sistemi narahatlıqları ətraf mühit problemləri, insanların iş üslubunun, yaşam tərzinin dəyişikliyi səbəbindən artır: 

"Qidalanma sisteminin qeyri-düzgün təkil edilməsi, ayaqüst, yarımfabrikat şəklində hazırlanmış qidaların qəbulu,üstəgəl oturaq həyat tərzinin çox olması da əsas səbəblər ırasındadır. Yaşlandıqca insanların damar problemləri artır. Ən önəmli səbəb hormonal disbalansın yaranmasıdır. Beləliklə, orqanik və pisixosomatik dəyişikliklər, eyni zamada ətraf mühitin təsiri ilə insanlarda insult kimi xəstəliklərin yaşı cavanlaşmağa doğru gedir”.

Şəkərli diabet və insult kimi xəstəliklərin bir- biri ilə əlaqəli olduğunu diqqətə çatdıran Ş. Namazova səbəblərinin eyni olduğunu deyib: 

"Çox hallarda bir xəstəlikdən digər xəstəliklər törəyə bilir. Şəkər xəstəlikləri də eynilə qanda olan dəyişikliklər, xolestrin-ripid mübadiləsinin pozulması nəticəsində yaranır. Bunlar aktivləşdikdə artıq damar tıxanmaları, trombların əmələ gəlməsi, beyin damarlarının kirəclənməsi, qan təzyiqinin yaranması, damarın partlaması, beyində insult, qansızmalar və s. yaranır. Sadaladığımız bu xəstəliklər eyni orqanizmdə başlayır, bir xəstəlik qonşu olaraq digər xəstəliyi çağırır. Bu baxımdan dediyimiz düzgün həyat tərzi, meyvə-tərəvəzlərin qəbulu, idman kimi aktivlikləri nəzərə alaraq yaşam tərzimizi qura bilsək, xəstəliklərdən müəyyən qədər xilas ola bilərik”.

Qeyd edək ki, Amerika alimlərinin tədqiqatları əsasında hazırlanan statistikaya görə hər il dünyada 6-7 million insan insultdan ölür. Hazırda alimlər insultun xeyli "cavanlaşmasını" müşahidə edir.

Aysel Aslan