"Şəkli görəndən sonra Şahbaz Quliyevin halı pisləşib"
15:37 27.09.2017
Arxiv
762
"Şahbaza məktub yazıb göndərmişik, hələ cavab gəlməyib”.
Bunu "Sherg.az”a Dağlıq Qarabağda girov saxlanan girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışarkən Ş.Quliyevin bacısı İradə Quliyeva deyib.
O bildirib ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun Varşavada ATƏT-in sammitində iştirakından sonra heç bir dəyişiklik olmayıb:
"Düşünürdük, bu çıxışdan sonra girovlar haqqında hər hansı addım atılar, ya da sadəcə xəbər verilər. Lakin heç bir addım olmadı.
Sammitə ancaq Kürdoğlu getmişdi. Bizim ailədən, yaxınlardan heç kim iştirak etmədi”.
Girovların saxlanma şəraiti haqqında danışan İ.Quliyeva deyib ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) heç bir məlumat verməyib:
"Onlar sadəcə deyir, hər şey yaxşıdır. Başqa heç bir informasiya vermirlər. Qardaşımla canlı videogörüntü ilə heç vaxt danışmamışıq. Sadəcə videosunu çəkib, bizə gətirmişdilər.
Bir dəfə ailəvi çəkilmiş şəklimizi göndərmişdik. Şəkli görəndən sonra Şahbazın halı pisləşib. Ailəsinə məktub yazmaqdan imtina edib. Lakin növbəti görüşdə məktubunu gətirdilər. Axırıncı dəfə avqustun əvvəllərində girovlarımızdan məktub almışıq. Ondan bəri heç bir məlumatımız yoxdur. Həmişə BQXK üzvləri vəziyyətinin qənaətbəxş olduğunu deyir. Nə deyim, allah qardaşımın da, Dilqəmin də, başqa girovların da köməyi olsun”.
Qeyd edək ki, 014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya