Səməd Seyidov Avropa Şurasını ikili standart siyasətində ittiham edib
11:34 10.04.2014
Arxiv
770
“Azərbaycan əraziləri 20 ildir Ermənistanın işğalı altındadır, amma Avropa Şurası bu ölkəyə qarşı sanksiyaların tətbiqi barədə heç eşitmək belə istəmir”
Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxışlarında Rusiyanın işğalçı siyasətindən danışarkən Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycanın da təcavüz və işğala məruz qaldığını vurğulayıblar. APA-nın Avropa müxbiri xəbər verir ki, ukraynalı deputat Vladimir Pilipenko Rusiyanın Krımı işğal etməsindən bəhs edərkən bunları deyib: "Əvvəl Azərbaycan idi, sonra Gürcüstan, indi isə Rusiya Ukraynanın ərazilərinin işğalına başlayıb. Biz Rusiyanı dayandırmasaq, görəsən növbəti ölkə hansı olacaq?..”
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Şurasını ikili standartların tətbiqində və məntiqsizlikdə ittiham edib: "Mən burada həmişə demişəm və indi yenidən ikili standartlardan yanaşmanı görürəm. Azərbaycanın 20 faiz ərazisi 20 ildir Ermənistan tərəfindən işğal altındadır və biz Avropa Şurasına üzv olduğumuzdan bu yana hər dəfə bu məsələni qaldırmışıq, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Ancaq bizim sözümüzə fikir verən olmadı. İndi Rusiyaya qarşı sanksiya tətbiq etmək istəyirik, bəs necə olur ki Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində heç sanksiya haqda eşitmək belə istəmir. Əgər biz Avropada, təşkilatımızda dəyərləri qoruyub saxlamaq istəyiriksə, daha əvvəllərə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtlara getməliyik və əvvəl bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməliyik”.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri isə Rusiyanı dəstəkləyərək assambleyada bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət