Səməd Vurğun Süleyman Rüstəmlə vuruşur - 37-Cİ İLİN "DONOSU"





Böyük ədiblərin "37-ci il" gündəliyini Sherg.az davam etdirir. Budəfəki məqalə "Pravda" qəzetində dərc olunub, tərcümə edilərək "Ədəbiyyat"da yenidən işıq üzü görüb.

Sovet Azərbaycanı yeni adamlarla, diqqətə sayan addımlarla, qurucularla, sosialist kültürü uğrunda çarpışan mübarizlərlə coşqun tərəqqi edir. Keçmişdə köçəri alaçığında yaşayanlar, indi Füzulini və Puşkini öyrənirlər. Qoca aşıqlar bolşeviklər partiyası haqqında, Stalin haqqında mahnılar yazırlar.
Ölkənin parlaq tərəqqisi, Azərbaycan xalqının düşmənlərində - millətçilər, müsavatçılar, trotskistlər də quduz kin oyadır. 

Sosializm qurucularına qarşı hiddətli kin, bütün fazişm agentlərini bir canilər dəstəsində birləşdirmişdir. Trotskist və müsavatçı Ruhulla Axundov kültür cəbhəsində uzun zaman kontrolsuz olaraq istədiyini etmişdir. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, incəsənət işləri komitəsinə rəhbərlik etmiş, Yazıçılar İttifaqında ağalıq etmişdir. O, bütün bu təşkilat və idarələri "öz" adamları ilə, gizli və açıq düşmənlərlə zibilləmişdir.

Düşmənlər heç bir cəza görmədən öz trotskist, müsavatçı, pantürkist əsərlərini çap etdirmişlər. Onlar Azərbaycan ədəbiyyatını möhkəm qıfıl altında saxlayaraq, yeni adamları xalqa və partiyaya sadiq adamları ədəbiyyata yaxın buraxmamışlar. Hələ bu yaxınlarda Yazıçılar İttifaqının başında partiya üzvü Ələkbərli dururdu.

Bu həmin Ələkbərlidir ki, Müsavatçı Əhməd Cavadın kontrrevolyusion "Sədəf" romanı haqqında tərifedici bir məqalə yazmışdı.

Ələkbərlinin redaksiyası ilə müsavatçı Yusif Vəzirin "Studentlər" adlı alçaq faşist kitabı buraxılmışdı. Ələkbərli Yazıçılar İttifaqının rus seksiyasının rəhbərliyinə öz dostu, trotskistlər Zudini təyin etmişdi.
Hesabla bu adamın siyasi siması kifayət qədər aydınlaşmış olur. Buna baxmayaraq, əlavə etmək lazım gəlir ki:

- Həmin Ələkbərli Yazıçılar İttifaqından gedəndən sonra (onu çıxarmamışlar, ancaq başqa işə keçirmişlər!) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən partnəşrin direktoru və Leninin əsərlərinin redaktoru təyin edilmişdir.

Ələkbərlidən sonra Yazıçılar İttifaqının başında Şamilov durmuşdur. Vəziyyət isə demək olar ki, heç dəyişməmişdir. Xəstəlik davam edir.

Yazıçılar İttifaqının İdarə Heyətində bir-biri ilə çəkişən iki qruplaşma vardır. Bunlardan birinin başında ordenli şair Səməd Vurğun durur. Bu, Azərbaycan Sovet ədəbiyyatı üçün çox işlər görmüş istedadlı bir adamdır. Lakin Vurğun Bakı olimpində birinciliyini əldən verməkdən çəkinir. Bəzən düşmənin tərifləməsini sərt yoldaşlıq tənqidindən üstün tutur.

İkinci qruplaşmanın başında şair Süleyman Rüstəm durur. Bu adam kültür adamıdır. Lakin son zamanlar yaradıcılığında geri qalmışdır: az yazır və dayaz yazır. Hər cür çəkişmə onun çox vaxtını alır. Bu iki qrup öz aralarında didişirlər. Bu didişmə, yaramaz, prinsipsiz, zərərli didişmədir. Vurğun Rüstəmlə vuruşur. Üçüncüsü isə gülür. Bu üçüncü adam bu və ya digər qruplaşmaya yaxınlaşan düşməndir. 

Düşmən həm şirin yaltaqlıq və həm də acı qeybət vasitələrini işə salaraq aranı qızışdırır.
Bütün bu çəkişmələrdə Əsəd Axundovun rolu haqqında bir neçə söz söyləmək lazımdır. Əsəd Axundov "Azərbaycan" Dövlət Nəşriyyatının müdiridir. Xüsusən Axundovun vaxtilə müsavatçılarla yaxın münasibətdə olduğu nəzərə alındıqda, onun nəşriyyatdakı fəaliyyəti daha şübhəli görünür. Axundov hər cür kontrrevolyusion sarsaqlamaları çap edir. O, yazıçılar arasında qrupbazlıq mübarizəsini qızışdırır. Bunun üçün onun xüsusi üsulu vardır: birini camaat qarşısında Azərbaycan Puşkini, digərini Lermontov, üçüncüsünü Turgenev adlandırır. Bütün bu yüksək adlar ona görə verilir ki, sabah Puşkin Lermontovla və bunların hər ikisi təzəcə meydana çıxarılmış Turgenevlə dalaşdırılsın. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Axundovun bu zərərli fəaliyyətindən xəbərdardır. 

O, bunları bilir, hiddətlənir. Lakin hələ nəticə çıxarmamışdır. İttifaqın indiki sədri Şamilova və Yazıçılar İttifaqında əmələ gəlmiş vəziyyətə xarakteristika vermək üçün aşağıdakı faktları göstərmək olar. Şamilovun redaktorluğu ilə çıxan azərbaycanca "Ədəbiyyat" qəzetinin son nömrələrindən birində çap edilən bir məqalə Yusif Vəzirin kontrrevolyusion "Studentlər" kitabı bir əhəmiyyətli "ədəbiyyat əsəri" kimi qeyd edilmişdir.

Şamilovla söhbət etsəniz, o başçılıq etdiyi ittifaqın düşmənlərlə necə mübarizə apardığını iftixarla sizə söyləyəcəkdir:

- Biz Əli Nazimi, Əhməd Cavadı, Rəfilini çıxarmışıq...
Sanki hər şey öz yerindədir. Lakin iş bundadır ki, ittifaqın idarə heyəti digər təşkilatlar tərəfindən artıq ifşa edilmiş olan düşmənləri qızğın "ifşa edir".
Yusif Vəzir ittifaqda qalmaqdadır. Kontrrevolyusion fəaliyyət üstündə vaxtilə Bakıdan sürgün edilmiş Musaxanlı da ittifaqda qalmaqdadır.

Azərbaycanda siyasi və yaradıcılıq cəhətcə hələ möhkəmlənməmiş olan bir qrup bacarıqlı, gənc yazıçılardır. Bunların bir hissəsi, tamamilə millətçilik bataqlığına batmış köhnə "avtoritetlərin" təsiri altına düşmüşlər. Talantlı Azərbaycan xalqı içərisində olan yeni yaradıcı qüvvələri həyata qoşmaq üçün ittifaq nə edir? Heç bir şey etməyir.

Burada gənc yazıçı Mirzə İbrahimovun "Həyat" pyesinin başına gələn əhvalatı xatırlamaq pis olmaz. Bu pyes sayıqlıq haqqında, ziyançılar haqqında bir əsərdir. Bu əsər iki ildən çox yatırılıb qalmışdı. Ruhulla Axundovun adamları bunu arxivə vermişlərdi. Bu pyesi arxivdən çıxarıb səhnədə tamaşaya qoymaq şair Süleyman Rüstəmin xidmətidir (bu yaxınlarda Azərbaycan Dram Teatronun direktoru təyin edilmişdir). Pyes böyük müvəffəqiyyət qazanır. Lakin Yazıçılar İttifaqının rəhbərləri pyesi çox soyuq qarşılamışlar. Mirzə İbrahimov onlara yaxın adamlar sırasına daxil deyildir. Azərbaycan Yazıçılar İttifaqı uzun zaman başlı-başına buraxılmış bir uçastok olmuşdur.

Yazıçılar İttifaqının ümumittifaq idarə heyəti Bakı Yazıçılar Təşkilatında nələr olduğu ilə maraqlanmamışdır. Yeni rəhbər orqanlar bu təşkilata rəhbərlik etməmişlər. Onlar inanılmağa layiq olmayan adamlara inanmışlar.

Məsələn, Xalq Komissarları Sovetinin sədri H.Rəhmanov hansı bir işə inanaraq, Axundovun kontrrevolyusion kitabını mükafatlandırmışdır.
Yazıçılar Təşkilatını sağlamlaşdırmaq, yazıçıları düşmənlərə qarşı barışmazlıq ruhunda tərbiyə etməklə mətbuatda məşğul olmamışdır. Nə "Kommunist" (Azərbaycan dilində), nə "Bakinskiy raboçi" və nə də "Vışka" qəzetlərində ədəbiyyat məsələləri hansısa ciddi tənqid məqalələri olmamışdır. Zərərli kitabların avtoifşa edən məqalələr yoxdur.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Sosialist Yazıçılar İttifaqına qəbul olmuşdur. İttifaq isə gündəlik planlı yardıma möhtacdır. Bunsuz ittifaq öz sıralarını təmizləyə bilməz. Onu didən qrupbazlığa nəhayət verə bilməz və öz kadrolarını yetişdirə bilməz. Xəstəlik davam edir. Xəstəyə fikir vermək və baxmaq lazımdır.

Bakı.
Q.Rıqlin
"Pravda" 8 iyun, 1937-ci il.