Şəmkirdə avtobus aşdı: 3 ölü, 7 yaralı




Şəmkirdə sərnişin avtobusu qəzaya düşüb.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmilli kəndində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan olan avtobus aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Şəmkirdə baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə tibbi yardım göstərilib.