''Səni öldürərəm'' mesajını göndərən bəlli oldu: Podolski






Vodafone stadionunun  açılışında qonaq etdiyi "Bursasporu" 3-2-lik hesabla məğlub edən "Beşiktaş"da qalibiyyətə 2 qolla qatqı verən Mario Qomez, matçdan  sonra təəccüblü açıqlama verib.

"Qara-ağlı" futbolçunun, mücadilənin  ardından  verdiyi şərhdə, "Bir yoldaşım, "Qol atmasaydın, səni öldürərdim. Sousa yanında boş idi. Qolu qaçırsaydın, səni öldürərdim" deyə mesaj göndərmişdi" deyə  bəhs etdiyi adamın kim olduğu ortaya çıxdı.

Alman qolçuya o mesajı, "Qalatasaray"da forma geyən həmyerlisi  Lukas Podolskinin göndərdiyi məlum oldu.

Uzun illərdir Almaniya milli komandasında  birlikdə tər tökən  ikilinin yaxın bir yoldaşlığı olduğu bilinir. (Fanatik)