Şentop: "Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik"
11:54 27.07.2021
Arxiv
402
“Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb”.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan parlamentində keçirilən birinci üçtərəfli görüşdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu görüş Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcək: “İki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq var. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək olurdu. “Şuşa bəyənnaməsi”nin imzalanması üç ölkənin birliyindən xəbər verir”.
M.Şentop bildirib ki, Azərbaycan əhatəli sülh sazişi imzalamaq çağırışı etdi: “Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik. Burada “Bakı bəyannaməsi” imzalanacaq. Bu sənəd bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu bəyanat mühüm rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə