"Səssiz qatil" 422 min insanın vaxtsız ölümünə səbəb olub




 
Avropada  havanın normadan artıq çirklənməsi hər il 400 min insanın vaxtsız ölümünə səbəb olur. 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Avropa Ətraf Mühit Agentliyinin (AƏMA) hesabatında bildirilir. 

Hesabatda qeyd olunur ki, 2016-cı ildə çirklənmənin qarşısının alınması ilə bağlı 2500 stansiya inşa olunub: 

"Buna rəğmən Avropa ittifaqı ölkələrində  şəhər əhalisinin təxminən 74 faizi havanın normadan artıq çirklənməsindən əziyyət çəkir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı da həyəcan təbili çalıb. 2015-ci ildə 41 avropa ölkəsindən, 391 mini Avropa İttifaqına daxil olan 28 ölkənin sakini olmaqla  422 min insan normadan artıq çirklənmə səbəbindən vaxtsız dünasını dəyişib.

Bundan başqa AƏMA sədri Hans Brüyninki onu da əlavə edib ki, atmosfer çirklənməsi "səssiz qatil"dir: 

"Atmosfer çirklənməsinə qarşı səylərimizi ciddi cəhdlə davam etdirməliyik".

Tərcümə etdi:Ayyət Əhməd