Sevinc Osmanqızının bacısı ondan imtina etdi - MÜRACİƏT
16:52 30.03.2017
Arxiv
786
"Məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır"
"Mən, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıyıq. Həyatımızda nə siyasi baxışlarımıza görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemlərimiz olmayıb".
Bunu APA-ya təqdim etdiyi müraciətində hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Mirzəyevanın ( Osmanqızı) bacısı Lalə Hacıyeva qeyd edib.
L. Hacıyeva bildirib ki, son iki ildə Sevincin siyasi mövqeyini kəskin dəyişməsi onda təəssüf yaradıb: "Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim. Mən dəfələrlə elektron media vasitəsilə Sevincin doğma vətənim Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətimi bildirmişəm, ailəmizin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb etmişəm. Onun möhtərəm cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli birinci vitse-prezident, xanım Mehriban Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi səbatsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm".
L. Hacıyeva, həmçinin, bacısının mövqeyinə görə, atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib: "Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir".
L. Hacıyeva müraciətinin sonunda qeyd edib: "Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır".
Qeyd edək ki, S. Osmanqızı bir neçə ildir ki, ABŞ-da yaşayır. O, hazırda meydan.tv ilə əməkdaşlıq edir. Son aylarda o, Xocalı soyqırımı ilə bağlı mübahisələri fikirlərinə görə gündəmə gəlmiş və sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə