Şiddət görən qadını, polis qapını qıraraq qurtardı

Türkiyənin Sinop şəhərində sevgilisindən şiddət görən 26 yaşlı Y. S. polis tərəfindən qapı qırılaraq qurtarıldı. Hadisə, Sinopun Sakarya prospektindəki bir mənzilin dördüncü mərtəbəsində yaşandı. İddialara görə, sevgili olan cütlük, evdə mübahisəyə başlayıb. Mübahisənin böyüməsindən sonra 33 yaşlı E. Ö., sevgilisi Y.S.ı döyərək evə kilidləyib. Y. S. də pəncərədən qışqıraraq ətrafdan kömək istəyib.
Ətrafdakıların polisə və xilasetmə qruplarına xəbər verməsindən sonra evə gələn qruplar, şübhəli E.Ö. qapını açması üçün razı salmağa çalışıb. Cəhdlər səmərə verməyib, polis qapını qıraraq mənzilə daxil olublar. Nəzarətə alınan E. Ö. təhlükəsizlik xidmətinə aparılıb. Sevgilisindən şiddət gördüyü irəli sürülən Y.S. isə xəstəxanaya çatdırılaraq, müalicə altına alınıb. Hadisə ilə əlaqədar istintaqın davam edir.