Sığınacağa yerləşdirilən 6 yaşlı qızdan XƏBƏR VAR
17:00 04.04.2019
Arxiv
456
Aprelin 2-də gecə saatlarında 3-cü mikrorayon ərazisində aşkarlanan 6 yaşlı Məryəmin artıq anası və xalalarının kim olduğu aşkarlanıb.
Azərbaycan Uşaqlar Birliyinin sədr müavini və Azərbaycan Uşaqlar Birliyi Uşaq sığınacağı reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli Lent.az-a açıqlamasında bildirib ki, hazırda sığınacaqda olan Məryəmin anası ilə telefonla danışıb: "Roman qrupuna (qaraçı) məxsus olan Məryəmin anası ilə əlaqə saxladıq. Hazırda onun anası Bakıda deyil. Məryəm Bakıda xalalarının yanında qalırmış. Xalalarının kimliyi də bəllidir. Dünəndən bəri bizim "qaynar xətt”ə gələn məlumatlar sayəsində uşağın dilənçiliklə məşğul olduğu məlum olub. Artıq anasının, qohumlarının yaşadığı əraziləri, konkter olaraq hansı ərzilərdə diləndiyni, kimlərin yanında qalmasını bəlli etmişik".
Dediyinə görə, bununla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub: "Faktla bağlı araşdırma aparılır. Hüquq mühafizə orqanları işə baxdıqdan sonra daha ətraflı məlumat veriləcək. Uşaq hazırda sığınacaqdadır. Hələ ki, ailəyə bərpası düşünülmür. Anası ilə danışdıq. Uşağın dilləndiyini inkar edirlər. Amma uşağın üzərindən çıxan kağız və dəmir pullar, saydığı ərazilər onun birbaşa nəzarət altında dillənməsi ehtimalını doğurur. Dəqiq məlumat DİN-in araşdırmasından sonra məlum olacaq”.
V.Akifli bildirib ki, qızın nalayiq ifadələr işlətməsi, səliqəli geyimdə olsa da, çirk içində olması kimi ehtimallar 6 yaşlı Məryəmin uzun müddətdir küçələrdə dilləndiyini deməyə əsas verir.
Qeyd edək ki, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş Məryəmə polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual