Şimali Kiprdə Türk dünyası gənclərinin birinci Forumu keçirilib
20:49 21.10.2016
Arxiv
537
Vüsal Quliyev: “Türk dünyası gənclərinin ilk forumunun keçirilməsi əhəmiyyətli hadisədir”
Şimali Kiprdə Türk dünyası gənclərinin birinci Forumu keçirilib. Forumun açılış mərasimində rəsmi şəxslər, deputatlar, QHT və KİV təmsilçiləri olmaqla 300 nəfər iştirak edib.
AZXEBER.COM xəbər verir ki, mərasimdə Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Şimali Kiprin maliyyə naziri Serdar Denkdaş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış ediblər.
V.Quliyev çıxışında Forumun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü gününə təsadüf etdiyini bildirərək, ölkəmizin sürətli inkişafı, ölkənin həyatında gənclərin rolu, gənclər siyasətinin əlamətdar nəticələri barədə məlumat verib. O, Forumda dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan və işləyən türkdilli gənclərin bir araya gəlməsinin əhəmiyyətini vurğulamış, birgə müzakirələrin aparılmasının və gələcək əməkdaşlıq imkanlarının müəyyən edilməsinin vacibliyini qeyd edib. Sektor müdiri bildirib ki, gənclər hər bir ölkənin gələcəyini, inkişafınıistiqamətləndirən aparıcı qüvvədir. Ölkələrimizin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Bu baxımdan gənclərlə ardıcıl iş aparılmalıdır. Eyni zamanda gənclər onlar üçün yaradılmış imkanlardan səmərli şəkildə yararlanmalıdır.
V.Quliyev sonda türkdilli ölkələrin gəncləri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edib, hər bir gənci Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət