Siyavuş Novruzov yenə maaşlarının artırılmasını istədi





Parlamentdə davam edən büdcə müzakirələri zamanı YAP-dan olan deputat Siyavuş Novruzov Milli Məclisə ayrılan vəsaitin çoxaldılmasını istəyib.
Sherg.az xəbər verir ki, millət vəkili deyib ki, parlamentin il ərzində görəcəyi iş gözlənilməz hadisələrlə bağlı olur:

"Bu səbəbdən də, məbləği proqnozlaşdırmaq çətindir. Beynəlxalq fəaliyyət, parlamentlərarası dostluq qrupları ilə mütəmadi əlaqələr və digər məsələlər Milli Məclisin işini gözlənilmədən aktiv olmasını tələb edir. Hesab edirəm ki, Milli Məclisə əlavə vəsaitin nəzərdə tutulması lazımdır ki, bu işlər vaxtında həyata keçirilsin. Xüsusilə parlamentlərarası dostluq qrupunun fəaliyyətinə önəm verilməsini, ayrılacaq vəsaitdə bunun nəzərdə tutulmasını təklif edirəm”. Deputat yenə də parlament işçilərinin maaşının artırılmasını istəyib.

Anar