Sizdə də üşümə, halsızlıq, unutqanlıq varsa… - DİQQƏTLİ OLUN
07:11 08.11.2017
Arxiv
1368
Hazırda dünyada ən geniş yayılan problemlərdən biri yod çatışmazlığıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 54 faizi yod çatışmazlığının yarada biləcəyi xəstəlik riski ilə yaşayır.
Türkiyəli endokrinoloq və metabolizm üzrə mütəxəssis Rüştü Serter qidalardan alınan yodun çatışmazlığı vəziyyətində uşaqlarda böyümə geriliyi, zəka ilə əlaqədar problemlər, böyüklərdə isə tiroid vəzinde böyümə, hipotiroid kimi xəstəliklərin ortaya çıxdığını söyləyib. Ailem.az həkimin fikirlərini təqdim edir.
Yod çatışmazlığının səbəbləri nələrdir?
Sağlam beyin inkişafı və böyümənin təməl daşlarından olan tiroid hormonlarının artması üçün orqanizm kifayət qədər yod qəbul etməlidir. Ancaq əfsus ki, yod orqanizm tərəfindən istehsal olunmur. Buna görə də bədənin yod ehtiyacı dəniz məhsulları, ət, süd məhsulları, yumurta kimi qidaları yeməklə qarşılana bilər. Əgər qidalanma yolu ilə kifayət qədər yod alınmırsa, problem xronikiləşir və buna bağlı problemlər ortaya çıxır.
Yod çatışmazlığı səbəbindən yaranan tiroid xəstəliklərinin başında isə quatr gəlir.
Statistikaya görə, dünyada 740 milyon insan bu xəstəlikdən təsirlənir.
Əlamətləri nələrdir?
Tiroid hormonu azaldıqda metobolizma yavaşladığı üçün çəki artmağa başlayır. Şəxs az yemək yesə də, kökəlməyə başlayır. Bununla yanaşı, halsızlıq, dəri quruluğu, saç tökülməsi, dəridə qalınlaşma, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, menstruasiya düzənsizliyi, unutqanlıq zamanla ortaya çıxan şikayətlər arasındadır. Daha irəliləmiş vəziyyətlərdə isə özünü idarə etmə problemi, depressiya, həssaslıq, ürək və ağciyər çatışmazlığı yarana bilər. Yod çatışmazlığının qadınlardakı ən əhəmiyyətli təsirlərindən biri isə infertilite, yəni sonsuzluqdur.
Hamiləlikdə yod çatışmazlığı
Hamiləlik və əmizdirmə dövründə isə yod çatışmazlığı ciddi problemlərə səbəb olur. Bu qadınlarda yarımçıq hamiləlik, erkən doğuş, doğuş anomaliyaları, uşaqda zəka və inkişaf geriliyi, eşitmə və danışma pozuntuları görülür. Dünyada hər il doğulan təxminən 50 milyon uşaq analarının qida rasionunda kifayət qədər yod olmaması səbəbindən zəka geriliyi riski ilə qarşılaşır.
Sidikdə yodun miqdarına baxmaq lazımdır
Azyaşlılarda yod əskikliyi ilkin vaxtlarda özünü göstərmir. Həmçinin əskikliyin olub-olmadığını müayinə ilə təyin etmək də mümkün deyil. Orqanizmdə yod çatışmazlığını dəyərləndirmək üçün ən asan yol sidik analizi verməkdir.
Necə müalicə edilir?
Yod çatışmazlığı zamanı ilk öncə tərkibi yodla zəngin olan qidalar yeyilməlidir. Təbii dəniz və daş duzu isə əhəmiyyətli yod qaynağıdır. Yodla zənginləşdirilmiş duz yod əskikliyi ilə mübarizədə əhəmiyyətli rol oynayır. Bu məqsədlə çox duz istifadə etməyə ehtiyac yoxdur. Sadəcə gündə 2 qram yodlu duzun mütəmadi istifadəsi yod ehtiyacını qarşılamağa bəs edir. Duzdakı yodun qorunması üçün onu nəm olmayan, işıq görməyən qapalı qablarda saxlamaq lazımdır. Bir də ən əsası duz yeməyə bişdikdən sonra tökülməlidir.
Dərmanla müalicəni isə ehtiyac olarsa, həkim özü təyin edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət