"Smit hər zaman Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edib"
14:24 28.09.2017
Arxiv
848
Asim Mollazadə: "Amerikada Türkiyə və Azərbaycana qarşı peşəkarcasına təbliğat aparan erməni lobbi qrupları mövcuddur. Deyim ki, onlar tək deyil, digər qruplar da var"
"Müharibə yalnız səngərdə getmir, Azərbaycana qarşı çox peşəkarcasına informasiya müharibəsi də aparılır".
Bu barədə "Sherg.az"a ABŞ konqresmenləri- Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürmələrinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə bildirib.
O qeyd edib ki, K.Smit ölkəmizə qarşı dəfələrlə belə gülünc bəyanatlar verib:
"Məsələn , Nigeriyada Boko Haram terror təşkilatı qadınları əsir götürmüşdü. Onda Smit demişdi ki, həmin qadınları Bakıda axtarmaq lazımdır. O, islamafob, eyni zamanda Azərbaycana qarşı hər zaman qərəzli və sərt bəyanatlarla çıxış edən şəxs kimi tanınır. Onun belə arzuolunmaz açıqlamaları isə təbii olaraq ABŞ- da fəaliyyət göstərən müvafiq qrupların məlumatlarından qaynaqlanır. K.Smitin Azərbaycan qarşı mövqeyi uzun müddətdir ki, hər kəsə məlumdur".
A.Mollazadənin fikrincə, bir problem də onunla bağlıdır ki, Azərbaycan konqresdə öz hüquqlarını yetərincə müdafiə etmir:
"Etiraf edirəm ki, Azərbaycan parlamentində Amerika konqresi ilə əlaqələr zəifləyib. Bizim diplomatik strukturlarımız bu istiqamətdə zəruri işlər görmür. İşləmək lazımdır. Yəni bütün məsələ tam aydındır. Ciddi informasiya müharibəsi gedir. Amerika ictimaiyyəti, siyasətçiləri , qanunvericlik orqanları ilə əlaqələri yaxşılaşdırmaq üçün dostluq qrupu öz fəaliyyətini gücləndirməlidir".
Parlamentari onu da əlavə edib ki, Amerikada Türkiyə və Azərbaycana qarşı peşəkarcasına təbliğat aparan erməni lobbi qrupları mövcuddur:
"Deyim ki,onlar tək deyil, digər qruplar da var. Biz hüquqlarımızı və maraqlarımızı qorumaq üçün orada daha ciddi və peşəkar işləməlyik. Çünki informasiya müharibəsi ən azı səngərdə gedən müharibə qədər təhlükəlidir".
Qeyd edək ki, ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər. Məlumatına görə, Nümayəndələr Palatasının beynəlxalq insan hüquqları panelinə sədrlik edən Smit deyib ki, Azərbaycan hakimiyyəti işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edir: "Bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır”.
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya