ŞOK! Bakıda ana iki övladı ilə birgə itkin düşüb

Asidə Qurbanova övladları Valeh və Talehlə birgə evdən çıxaraq bir daha geri qayıtmayıb



Bakıda ana iki övladı ilə birgə itkin düşüb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 10-da saat 23 radələrində Südçülük sovxozunda yaşayan 1990-cı il təvəllüdlü Asidə Qurbanova övladları, 2010-cu il təvəllüdlü Valeh və 2012-ci il təvəllüdlü Talehlə birgə evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hazırda polis itkin düşən şəxslərin tapılması istiqamətində iş aparır.