Sorğu: çinli ailələrin yarıdan çoxu ikinci uşaq istəmir
10:46 23.12.2016
Arxiv
440
"Bir uşaq siyasəti”nin ləğv olunmasına baxmayaraq, çinli ailələrin 50 faizindən çoxu ikinci uşaq istəmir. Bunu Ümumçin Qadınlar Assosiasiyasının keçirdiyi rəy sorğusu göstərib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu ilin aprelindən başlayaraq 10 vilayətdə altı ay müddətində keçirilən sorğuda 15 yaşadək bir uşağa malik 10 min ailə iştirak edib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, ailələrin 53,3 faizi ikinci uşaq arzulamır. Fikri soruşulanların 26,2 faizi hələ bir qərara gəlmədiklərini, yalnız 20,5 faizi ikinci uşaq istədiklərini bildirib. İkinci uşaq istəməyənlərin ən çoxu Pekində qeydə alınıb – 62 faiz.
Xatırladaq ki, 1970-ci illərin sonlarında Çində əhali artımının tənzimlənməsi üçün "Bir ailə-bir uşaq” siyasəti tətbiq olunub. Belə ki, şəhərlərdə yaşayan ailələr yalnız bir uşağa, kənd yerlərində isə birinci uşaq qız olduğu təqdirdə ikinci uşağa malik ola bilərdilər. Vaxt keçdikdən sonra bu siyasət ölkədə gender disbalansı və əhalinin yaşlanması kimi demoqrafik problemlərə gətirib çıxarıb.
2014-cü ilin sonlarında Çinin əhalisi 1,37 milyard nəfər olub. Əhalinin ümumi sayında kişilər 51,2 faiz, qadınlar 48,8 faiz, yaşı 60-dan yuxarı insanlar 15,5 faiz təşkil edib. 2013-cü ildə hakimiyyət orqanları yaranmış problemlərin həlli məqsədilə "Bir uşaq siyasəti”ni yüngülləşdirmək qərarına gəlib. Bu il yanvarın 1-dən isə bu siyasətin ləğv olunmasına dair qanun qüvvəyə minib.
İlkin hesablamalara görə, "İki uşaq siyasəti” 90-100 min ailəyə şamil olunur ki, bu da 2030-cu ildə ölkədə əhali sayının 1,45 milyard nəfərə çatması ilə nəticələnəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya