Sosioloq deputata haqq qazandırdı:”Mənəviyyatı satmaq, torpağı satmaqdan daha qorxuludur”
10:04 04.04.2019
Arxiv
644
Millət vəkili Fazil Mustafa paytaxtda qanunsuz fəaliyyət göstərən "masaj salonları”nın bəzi qurumlar tərəfindən himayə olunduğunu deyib. Deputat bildirib ki, bu cür halların hüquqi müstəviyə gətirilməsi lazımdır:
"Masaj salonları ilə mübarizə aparmalı olan qurumların çoxu bunu himayə edirlər. Əgər buna qarşı sağlam bir mübarizə olsa, problem olmaz.
Sağlam mübarizə tendensiyası olmadığına görə bu cür obyektlər göbələk kimi baş alıb gedir”.
Məsələni dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu "Sherg.az”a bildirib ki, mənəviyyatımıza zərbə vuran hadisələrə güclü nəzarət olmalıdır:
"Bir ölkədə ki, mənəviyyatla bağlı dəyərlər sıxışdırılır, orada çox xoşagəlməz proseslər, gərginliklər baş verir. Min illərdir bütün müdrik insanların dediklərindən aydındır ki, cəmiyyəti tənzimləyən məqam mənəvi dəyərlərin olmasıdır. Bu məsələ indiki zamanda daha da aktuallaşıb. Çünki cəmiyyət get-gedə mürəkkəbləşdikcə onu əvvəlki ənənəvi yollarla tənzimləmək mümkün deyil. Ümumiyyətlə, humanitar siyasətimizdə dəyişiklik edilməlidir.
Bu gün masaj salonlarında tədbir görülməsə, nəticə əldə edə bilmərik. Sovet rejiminin eybəcərlikləri ilə yanaşı, bu rejimin təcrübələri də var. Sivil və demokratik prinsiplərin qorunması yolu ilə öz əxlaqi dəyərlərimizin yüksəldilməsi sahəsində kompleks işlər görməliyik. Bunun üçün də maarifləndirmə və ümumi nəzarət olmalıdır.
Masaj solanlarında və ya digər yerlərdə xoşagəlməz işlər görənlər ciddi cəzalandırılmalıdır. Tez-tez deyirik ki, kimsə torpağımızı satdı və həmin adama xalq düşməni kimi baxırıq, ona ölüm hökmü tələb edirik. Amma mənəviyyatı satmaq torpağı satmaqdan daha qorxuludur. Ona görə də mənəvi dəyərlərimizə zərbə vuranlarla bağlı ciddi tədbirlər görülməlidir.
Dəfələrlə eşidirik ki, hansısa masaj salonları əxlaqsız qadınlar şəbəkəsinə çevrilib. Bir müddət sonra isə həmin şəxslər cərimələnir, ya da kiminsə himayəsi altında olduqları üçün heçnə etmirlər. Nə qədər ki, belə hallar baş verəcək, təbii ki, onda bu cür hadisələrin qarşısını almaq mümkün deyil. Sərt, ciddi və inzibatı tədbirlər olmalıdır. Eyni zamanda bu əməliyyatlar yerinə yetirilərkən hər kəs xəbərdar olmalıdır ki, baş verənlərdən dərs götürülsün”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media