"İnternet kafedə "18+” vasitələrdən istifadə edən yeniyetmələr üçün yeni qanun layihəsi hazırlanır”
Bu sözləri "Sherg.az”a sosioloq Cavid İmamoğlu söyləyib.
O bildirib ki, internet indiki dövrdə vətəndaşlar üçün lazımi vasitədir. Hətta internetdən faydalı istifadə edənlər üçün çox vacibdir:
"Hər kəsin evində internet və ya kompüter olmaya bilər. İnsanların internetlə bağlı işlərini həyata keçirmək üçün internet kafelər fəaliyyət göstərir. İnternet kafelərin fəaliyyəti əslində yaxşıdır. Amma internet kafelərə gündəlik gedildikdə, əyləncə kimi istifadə etdikdə, bu, artıq öz dəyərini itirir və təhlükəli olmağa başlayır. Xüsusi ilə də məlum hal yeniyetmə uşaqlar üçün daha təhlükəlidir. Çünki internet kafelərdə yeniyetmə uşaqların internetdən, internet oyunlarından aslı olmağına səbəb olur. Onların tərbiyəsi və mənəvi inkişafına mənfi təsir göstərir.

Elə olan halda, uşaqların sosiallaşmasına, davranaşının formalaşmasına, düşünmə və qavrayış tərzinə ciddi zərbə vurur. Hətta valideynlərlə münasibətlərinin korlanmasına da səbəb olur. Bu da gələcəkdə uşağın gənc kimi potensialının ortaya qoymasına mane olur. Onlar şəxsi və psixi inkişafdan geri qalır. Uşaqlarda aslılıq yaradır. o aslılığa maddi, narkotik və ya alkaqol asılılıq da daxildir. Buna görə də, yeniyetmələrlə bağlı vəziyyət ürəkaçan deyil. Belə olduğu halda Azərbaycanda uşaqları fiziki və psixi inkişafdan saxlayan vasitələrin qadağan olunması haqqında qanun layihəsi hazırlanacaq. Qanunda 18 yaşdan aşağı uşaqlar üçün internet kafelərdə "18+” xarakterli resuslardan istifadə qadağan ediləcək. Bu qadağalar olmalıdır. Bəzən olur ki, uşaqların valideyn tərbiyəsində, qayğısında boşluq olur. Bu zamanda uşaqlar universitetdə oxumaq, sərbəst əməklə məşğul olmalıdır. Amma bunun əvəzinə pul xərcləmək, vaxtını kompüter arxasında oturaraq xoşagəlməz, əxlaqsız videolara sərf edir. Bu da yolverilməzdir. 18 yaşdan yuxarı gənclərə heç kəs qarışa bilmədiyi üçün onlar bu məsələrdə sərbəstdir. Həmin qanun qəbul olunduqdan sonra onların "18+” videolara çıxışı, internet kulublara daxil olmaları yasaqlanacaq".
Kənan Eynuroğlu