"Sovetski"də 490 razılaşdırma protokolu imzalanıb
11:14 10.04.2014
Arxiv
479
İndiyə qədər bu ərazidə 40-a yaxın ev sökülüb
Evlərinin sökülməsinə razılıq verən "Sovetski" kimi tanınan qəsəbənin sakilərini ilə 490 razılaşdırma protokolu imzalanıb”. Bunu ANS PRESS-ə açıqlamasında Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov deyib. O, bildirib ki, "Sovetski" kimi tanınan qəsəbədə söküntü işləri ilə əlaqədar olaraq inventarlaşdırma və ölçü işləri hazırda davam etdirilir. Onun sözlərinə görə, bu gün artıq 2800 mənzildə ölçü-inventarlaşdıma işləri aparılıb:
"Vətəndaşların müraciətinin sayı çoxdur. Ölkə başçısının göstərişinə müvafiq olaraq bu günki gün öz mənzil xidmətini həmin ərazidə yaxşılaşdırmaq istəyən insanların sayı çoxdur. Ona görə də biz öz Komissiyamızın iclaslarını həftədə 3 dəfədən az etmirik. Hər dəfə təxminən 100-ə yaxın insan müraciət edir. 50-60-dan çox mənzil sahibi ilə biz mənzil protokolu imzalamaq hüququ əldə edirik. Bu günə qədər 490 razılaşdırma protokolu imzalanıb”.
Səməd İslamov qeyd edib ki, 340 nəfərin maliyyə hesablarına mənzilləri üçün ödənilən məbləğ yüklənib: "Digərləri isə onlara ödənilən vəsaiti yaxın günlərdə əldə edəcəklər. İndiyə qədər 40-a yaxın ev sökülüb. Mənzillər üçün ödənilən məbləğ maliyyə hesablarına oturan şəxslərinin evlərinin söküntüsünə yaxın vaxtlarda başlanılacaq”.
Xatırladaq ki, martın 3-də keçirilən görüşdə baş nazirin müavini A.Şərifov hökumətin 1 kv. m üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət