Şövkət Ağayevə "20 Yanvar Şəhidi" statusu verildi




Prezident İlham Əliyev "20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Sherg.azAzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı "20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq qərara alıb ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə "20 Yanvar Şəhidi” fəxri adı verilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.