Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının 81-ci sessiyasından sonra keçirdiyi mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın BMT-də verdiyi mesajların hər il olduğu kimi bu il də böyük əks-səda doğurduğunu bildirib.
O qeyd edib ki, Ərdoğan qlobal və regional məsələlərlə bağlı mühüm mesajlar verib, həmçinin Fələstin xalqının yaşadığı faciəni bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Fidan BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində diplomatik təmaslardan danışaraq Məkkə Birgə Müdafiə Sazişinin təsisatlanması ilə bağlı müzakirələr apardıqlarını bildirib. Onun sözlərinə görə, seçiləcək baş katib yaxın zamanda vəzifəsinin icrasına başlayacaq.
Nazir İsrailin Qəzzaya hücumlarına da toxunub. O bildirib ki, Türkiyə nümayəndə heyətinin iştirak etdiyi bütün görüşlərdə İsrailin “soyqırım siyasəti”, işğal və ilhaq fəaliyyətləri, həmçinin Qəzza və İordan çayının qərb sahilində yaşanan humanitar faciələr gündəmə gətirilib.
Fidan vurğulayıb ki, Türkiyə “münaqişələrə qarşı dialoqu, böhranlara qarşı diplomatiyanı, parçalanmalara qarşı əməkdaşlığı” müdafiə edib.
O əlavə edib ki, regional problemlərin həlli üçün başqa yerlərə üz tutmaq əvəzinə, regional sahiblənmə prinsipi çərçivəsində onların öz regionlarında həllinə çalışmaq lazımdır.