"Spiker Oktay Əsədov latviyalı həmkarı ilə görüşəcək" - Latviya




Mayın 28-30-da Milli Məclisin spikeri Oktay Əsədov Latviya Respublikasına səfər edəcək. Parlament sədri həmkarı İnara Murniyetse ilə görüşəcək. 

Bu barədə "Şərq”in Latviyadakı xüsusi müxbiri, "Latviya-Azərbaycan” Kültür Assosiasiyasının rəhbəri Faiq Səfərov məlumat verib. F.Səfərov bildirib ki, spikerlə yanaşı Latviyaya Milli Məclisin Azərbaycan-Latviya deputatlar arası dostluq qrupunun rəhbəri Kamran Bayramov və deputatlar Ülviyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov da səfər edəcək:

"Görüş çərçivəsində iki ölkə və parlament arasındakı dostluq münasibətləri müzakirə olunacaq. Sözsüz ki, Latviyada Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparılacaq. Deputatlar ilk olaraq Riqanın mərkəzindəki Azadlıq abidəsinə güllər qoyacaqlar, daha sonra isə Latviyanın "İşğal” muzeyinə baş çəkəcəklər. Rundaleda bizim Şəki şəhərindəkinə oxşar "Saray-muzeyə” gedəcəklər. Latviyada yaşayan 560 azərbaycanlı inanır ki, bundan sonra iki dovlət arasında olan əlaqələr daha geniş və güclü dost-qardaş müstəvisində inkişaf edəcək. Ola bilər ki, Azərbaycan və Latviya vətəndaşları biri-birinə yaxın gələcəkdə vizasız gediş-gəliş də əldə etsinlər. Son illər Azərbaycan və Latviya münasibətləri genişlənməkdədir”.

İsmayıl