Spiker xanım deputatın cavabını verdi: “Nə vaxt Milli Məclisdə seçicilərinizi qəbul etmisiniz?”





Parlamentdə keçirilən büdcə müzakirələrində xanım millət vəkili Aytən Mustafayeva parlamentin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib. 

Sherg.az xəbər verir ki, əlil seçiciləri ilə qəbulunda problem yaşayır.

Spiker Oqtay Əsədov isə xanım deputatla razılaşmayıb: "Təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb. Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Nə vaxt burada seçicilərinizi qəbul etmisiniz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiz. Ona görə xəbəriniz yoxdu güman ki”.

Anar