Stepan Popov zədəli idmançımızı çiyninə alaraq onu həkim yanına çatdırıb -VİDEO

Belaruslu idmançının bu hərəkəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb
Bakı-2015 birinci Avropa Oyunlarında sambo yarışlarının final qarşılaşmasında maraqlı anlar yaşanıb.
ANS PRESS-in məlumatına görə, 74 kq çəki dərəcəsində finalda döşəyə çıxan təmsilçimiz Amil Qasımov görüşdə məğlub olmaqla yanaşı həm də zədələnib.
Onun rəqibi olan qızıl medal sahibi belaruslu Stepan Popov əsl fair-pley hərəkəti edib. Samboçumuz zədələnib və yeriməkdə çətinlik çəkib.
Stepan Popov zədəli idmançımızı çiyninə alaraq onu həkim yanına çatdırıb. Stepan Popovun bu hərəkəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.