Sumqayıt Şəhər İcra Hakimiyyəti bunu görməlidir

Novxanıda sakinlər üçün təhlükəli vəziyyət yaranıb
Paytaxtın Novxanı qəsəbəsi, Sarıqaya bağ massivinin sakinləri təhlükəli vəziyyətlə üzləşiblər. Sakinlər bildirir ki, bağ massivinin 596 C, 597 ünvanı yaxınlığında kimsə geniş əraziyə sahiblənib, lakin ərazidən qum satışı məqsədilə istifadə edir.
Əraziyə tez-tez ekskavatorlar cəlb olunur, torpağı qazıb qumu daşıyırlar. Torpaq o qədər dərin qazılıb ki, artıq qonşuların evlərinə real təhlükə yaranıb. Qumu daşınan əraziyə bitişik olan fərdi evlərin bəzisinin darvazası artıq çöküb, bəzisininsə divarı əyilib, uçmaq üzrədir. Qonşuların etirazlarına isə yer sahibi heç bir məhəl qoymur, "torpaq mənimdir, özüm bilərəm, istəyərəm tikərəm, istəyərəm sataram” prinsipi ilə hərəkət edir. Sakinlər bildirir ki, əraziyə Sumqayıt Şəhər İcra Hakimiyyəti cavabdehdir. Lakin sakinlər yerli icra və bələdiyyə orqanlarına dəfələrlə müraciət etsələr də, tədbir görən yoxdur. Qonşular yaranmış dərin yarğan yaxınlığında təhlükəsiz yaşamağın qeyri-mümkün olduğunu deyir və yerli orqanlardan məsələyə təcili müdaxilə edilməsini gözləyirlər. Əks halda cənab Prezidentə şikayət məktubu yazacaqlarını bildirirlər.
Məlahət